Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:33

Azərbaycan Çinin maliyyə bazarına 500 milyon dollar yatırır


Şanxay birjası - 2014
Şanxay birjası - 2014

-

Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına 500 milyon dollar investisiya yatırmağı planlaşdırır.

Bu haqda jurnalistlərə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

apa-nın məlumatına görə, Çin Mərkəzi Bankından investisiya yatırmaqla bağlı razılıq alınıb. Aftandil Babayev hazırda Çin maliyyə bazarında iştirakçı hüququnun alınması ilə bağlı işlərin getdiyini bildirib:

«Çindən müsbət cavab almışıq. Biz hələ bazarda iştirakçı hüququnu alırıq. Bundan sonra qiymətli kağızların keyfiyyətinə baxacağıq. Hansı məqbul olsa, o qiymətli kağızı əldə edəcəyik».

Digər Asiya bazarlarında valyuta yerləşdirilməsinə gəlincə, bununla bağlı xarici menecerlərlə müzakirələr aparılır. A.Babayev qeyd edib ki, müqavilə imzalanandan sonra AMB investisiya strategiyasına dəyişiklik edəcək.

Ümumilikdə, AMB Asiya bazarlarında 1 milyard dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir.

XS
SM
MD
LG