Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:35

«Araz Naxçıvan» çempionatdan xaric edilib


Foto: Arxiv

-

«Araz Naxçıvan» klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilib.

Bu barədə AFFA-nın İntizam Komitəsinin noyabrın 17-də keçirdiyi iclasda qərar qəbul edilib.

«Araz Naxçıvan»ın klub oyunlarının 50 faizindən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilib. Bu qərar əvəzedici komandaya da şamil olunub.

«Araz Naxçıvan»ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına noyabrın 11-də müraciət olunmuşdu.

XS
SM
MD
LG