Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:47

"Mağazamın altındakı torpaq zəbt olunub"


Arxiv fotosu

-

AzadlıqRadiosunun “Qaynar xətt”inə üz tutan Xanım Talıbova DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyevdən şikayətçidir. Deyir, Ağcabədi şəhəri, Əli Talıbov küçəsi ev 77-də yaşayır. DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev onlara məxsus mağazanın altındakı torpaq sahəsini ələ keçirib:

"ONUN SƏNƏDİ SAXTADIR"

"Həyat yoldaşım Əli Talıbov Qarabağ döyüşlərində şəhid olub. Yaşadığımız küçə onun adını daşıyır. Həyat yoldaşım şəhid olmamışdan əvvəl - 1991-ci ildə elə bu küçədəcə qanuni şəkildə mağaza tikmişdi. O mağaza 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərancamı ilə tikilib. Altındakı torpaq sahəsi “AZƏRİTTİFAQ”-a məxsus olub. İki il əvvəl isə Ramiz Mehdiyev həmin torpağa saxta kadastr planı alıb”.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər ki, Xanım Talıbovanın müraciətindən sonra mütəxəssislər tərəfindən araşdırma aparılıb. Müəyyən edilib ki, torpaq sahəsi Ramiz Mehdiyevin qanuni istifadəsində və mülkiyyətində olmayıb. əldə etdiyi sənəd onun adına "səhvən" verilib. Komitə sənədin ləğv edilməsi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılıb.

XS
SM
MD
LG