Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

"Yaşıllıqlarımız məhv edilir"


Arxiv fotosu
Arxiv fotosu

Sumqayıtın 2-ci mikrorayonunda yaşayan Fəhmin Fərhadlı AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib. O, küçədəki yeddi binanın qarşısında olan ərazilərin satılmasından narahatdır.

Şikayətçi:

“İllərlə yaratdığımız yaşıllıq məhv edilib, indi sotu 3500 manatdan satılır. Heç kəs bilmir ki, satılan yerdə nə tikiləcək. Həyətyanı sahələr satılandan sonra uşaqlarımızın oyun meydançası, istirahət yerimiz olmayacaq”.

Sakinin sözlərinə görə, binalarda yaşayanlar satışa çıxarılmış sahələrdə park salınmasını istəyirlər:

TƏMİZ HAVAYA HƏSRƏT SAKİNLƏR...

“Çünki mənzillərimizdə eyvanda yoxdur ki, təmiz hava alaq. Bundan başqa uşaqlarımız idmanla məşğul olurlar deyə, idman meydançasına da ehtiyacımız var. Uşaqlarımız maşınların sıx şütüdükləri yollarda oynamaq məcburiyyətindədirlər”.

Sumqayıtın İcra Hakimiyyətindən “Qaynar xətt”ə 2-ci mikrorayondakı binaların qarşısında hansısa torpaq alverini təkzib etdilər. Bildirdilər ki, icra hakimiyyəti həmin ərazidəki qanun eyvan artırmalarını ləğv edir. Binaların qarşısında yaşıllıqlar salır. Hazırda bir neçə binanın qarşısı buna görə qazılıb. Sakinlərin narahatlığına əsas yoxdur.

XS
SM
MD
LG