Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55

FİFA və Qətər korrupsiya ittihamlarının təzyiqi altındadır


Dünya futbol federasiyası - FİFA 2018 və 2022-ci ilin dünya çempionatları üçün keçirilmiş seçmə prosesinə dair təhqiqatın bütöv mətninin dərc olunması üçün təzyiq altındadır.

Ötən cümə axşamı federasiyanın etika hakimi Hans-Joachim Eckert bəyan etmişdi ki, 2018-ci il çempionatının ev sahibliyini Rusiyaya, 2022-ci il çempionatının isə ev sahibliyini Qətərə vermiş ziddiyyətli seçmə prosesini təkrar keçirməyə ehtiyac yoxdur.

Lakin bu hadisədən üç saat sonra FİFA daxilində seçmə prosesinin korrupsiyasına dair 18 aydır ki, təhqiqat aparan keçmiş ABŞ prokuroru Michael Garcia Eckert-in 42 səhifəlik hesabatının onun 430 səhifəlik təhqiqatını saxtalaşdırdığı barədə bəyanatla çıxış edib.

Garcia təhqiqat hesabatının tam mətninin açıqlanmasını tələb edib və deyib ki, bu hesabatı FİFA-nın appelyasiya komitəsinə təqdim edəcək.

FİFA cümə günü Garcia-nın appelyasiya müraciətini aldığını bildirsə də, əlavə olaraq heç bir şərh verməyib.

FİFA və Qətər 2022-ci ilin ev sahibliyi üçün seçmənin korrupsiyaya bulaşdırılması iddialarını rədd edirlər.

Üstəlik Qətər 2022-ci il üçün stadion və otellərin tikintisində iştirak edən miqrantlarla pis rəftarda ittiham edilir.

Eckert Reuters agentliyinə Garcia-nın reaksiyasından təəccübləndiyini bildirib. O deyib ki, iradı var idisə Garcia əvvəlcə bu məsələni onunla müzakirə etməliydi.

O baş verənlərin anlaşılmazlıq olduğunu vurğulayıb.

Mətbuat bildirir ki, baş verən son hadisələr FİFA rəhbərliyinin və 2022-ci il çempionatına ev sahibi kimi Qətərin gələcəyini şübhə altına salıb.

FİFA-nın prezidentliyə namizədlərindən Jerome Champagne Garcia-nın hesabatının tam variantda dərc olunmasına çağıran kampaniyaya başlayıb.

XS
SM
MD
LG