Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:23

Baş nazirin ölkənin tarixi haqda dedikləri qalmaqal yaratdı


Tony Abbott
Tony Abbott

-

Avstraliyanın baş naziri Tony Abbott-un ölkənin tarixi haqda dedikləri qalmaqal yaradıb.

O, Britaniyanın baş naziri David Cameron-la səhər yeməyi zamanı bildirib ki, britaniyalılar gəlməmişdən əvvəl Sidney şəhərinin yerində "kol-kosdan başqa heç nə yox idi".

Söhbət 1778-ci ildə Avstraliya sahillərinə yan alan gəmilərdən gedir. Baş nazir bu sözləri Avstraliyanın "çox böyük inkişaf yolu keçdiyini" qabartmaq üçün işlədib:

"12 gəmidən sahilə enən döyüşçülər, məhbuslar, dənizçilər bizim indi olduğumuz yerdən bir neçə yüz metr aralıda dayanıb düşünürdülər ki, Aya oxşar bir yerə gəlib çıxıblar".

Baş nazir indi həmin "kol-kosun yerində" dünyanın ən gözəl şəhərlərindən birinin yerləşdiyini vurğulayıb.

Avstraliyanın İlk Xalqlarının Milli Konqresindən Kirstie Parker deyib ki, bu sözlər baş nazirlə aborigenlər arasında əlaqələrə böyük zərbədir.

Onun sözlərinə görə, bu cür fikirlər Abbott-un dilindən ilk dəfə deyil səslənir. Və bu yanaşma qitənin ilk xalqlarının tarixi və mədəniyyətini inkar etmək, müstəmləkə dövrünün başlanmasına qədərki reallıqları danmaq kimi başa düşülə bilər.

Müxalifət partiyaları da baş naziri sərt tənqid ediblər.

Bu ilin avqustunda isə Abbott britaniyalıların qitəyə gəlişini "qitənin tarixində həlledici məqam" adlandırmışdı.

Amma sonradan Britaniya qəzetinə müsahibə vermiş, britaniyalıların Avstraliyaya gəlişinin ilk dövrlərdə yerli xalqlar üçün "dağıdıcı effektindən" danışmışdı. Demişdi ki, ilk dövrlərdə bu, xəstəlik, əmlakdan məhrum etmə, ayrı-seçkilik, hətta qətllərlə müşayiət edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG