ABŞ prezidenti Barack Obama Birmaya səfəri zamanı Nobel Sülh mükafatı laureatı Aung San Suu Kyi-lə görüşüb.
Onlar Suu Kyi-nin Yanqonda, göl qırağındakı evində görüşüblər.
Aung San Suu Kyi birgə keçirdikləri mətbuat konfransda deyib ki, onlar «demokratik prinsiplər əsasında yaşamağa cəsarət etməlidirlər».
Mətbuat konfransında hər ikisi bildirib ki, cənub-şərqi Asiya ölkələrində islahatlar yolu ilə daha yüksək tərəqqinin əldə olunmasını istəyirlər.
Aung San Suu Kyi hərbi xuntaya müxalif olduğundan uzun illər həbsxanada saxlanıb. O, dörd il əvvəl azad edilib.