Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:00

Gürcüstanın keçmiş islahatçı iqtisadi inkişaf naziri vəfat edib


Gürcüstanın keçmiş islahatçı iqtisadi inkişaf naziri Kakha Bendukidze

Gürcüstanın keçmiş islahatçı iqtisadi inkişaf naziri Kakha Bendukidze 58 yaşında vəfat edib.

O, 2003 «Qızılgül İnqilabından» sonra Gürcüstanın antikorrupsiya siyasətini idarə edən və liberal iqtisadi islahatlar həyata keçirən əsas fiqurlardan biri olub.

Bendukidze Londonda noyabrın 13-də ölüb. Ölümün səbəbləri məlum olmasa da, yaxınları onun bu yaxınlarda ürək əməliyyatı keçirdiyini bildiriblər.

Tbilisidə doğulan Bendukidze bioloq-biznesmen olub. 1990-cı illərdə öz biznesində uğur qazanıb.

Bendukidze 2004-2008-ci ildə iqtisadi inkişaf naziri işləyib. Bu ildən Ukrayna prezidenti

Petro Poroshenko-nun formalaşdırdığı Ekspertlər Şurasının üzvü olub.

XS
SM
MD
LG