Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Freedom House aparıcı demokratik ölkələri tənqid edir


Freedom House noyabrın 13-də yaydığı hesabatında dünyanın aparıcı demokratik ölkələrini tənqid edir ki, öz regionlarında avtoritarizmin güclənməyinə lazımi reaksiya vermirlər.

“Xaricdə Demokratiyanın dəstəklənməsi: Aparıcı ölkələrin qiymətləndirilməsi” adlı hesabatda deyilir ki, ABŞ, Avropa ölkələri, Asiyanın cənubunda yeni demokratik ölkələr öz nüfuz dairələrində olan regionlarda siyasi repressiyaların artmasına qarşı çıxa bilmirlər. İnsan haqları pozuntularına, vətəndaş cəmiyyətinin sıxışdırılmasına, medianın məhdudlaşdırılmasına qarşı çıxmaq meyilləri yoxdur.

Hesabatda Braziliya, İndoneziya, Yaponiya və Cənubi Afrika haqda deyilir ki,onlar öz regionlarında insan haqları pozuntularınaABŞ, Fransa, Almaniya, Polşa, İsveç kimi ölkələrdən daha yumşaq reaksiya verirlər.

XS
SM
MD
LG