Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:54

Sumqayıt polisində döyüldüklərini deyən heyvansevərlər DİN-də izahat yazıblar


Lada Penkova
Lada Penkova

-
Sumqayıt polisində döyüldüklərini bildirən «Alyans» Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri Aytən İsmayılova və Lada Penkova Daxili İşlər Nazirliyində izahat verib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Aytən İsmayılovanın bildirdiyinə görə, onlar nazirliyə öz müraciətləri əsasında çağırılıblar:

«Sumqayıt şəhər Baş Polis İdarəsində izahat yazmışıq, bundan sonra bizimlə maraqlanan olmayıb. Məcbur qalıb Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdik. Dəfələrlə cəhd etsək də, ordan da cavab ala bilməmişik ki, araşdırma nə yerdədir. Döyülmüşük, təhqir olunmuşuq, baxan yoxdur. Bir neçə gün öncə isə DİN-ə müraciət yazmışdıq. Çağırdılar, izahatımızı aldılar. Hiss olunurdu ki, başdansovdu yanaşırlar. Ehtimal edirik ki, bu izahatımız da araşdırılmayacaq və bizi döyən polislər cəzasız qalacaqlar».

Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt 4-cü Polis Bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov AzadlıqRadiosuna müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.

XS
SM
MD
LG