Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:15

Google Şabanı belə xatırladı


Google-in Kemal Sunal-ın 70 illiyi ilə bağlı hazırladığı doodle
Google-in Kemal Sunal-ın 70 illiyi ilə bağlı hazırladığı doodle

-

Noyabrın 11-də türk kinosunun əfsanəsi - Kemal Sunalın (Şaban) 70 yaşı tamam olur.

"Milliyet” qəzetinin xəbərinə görə, Google Kemal Sunal-ın 70 illiyi ilə bağlı özəl bir doodle hazırlayıb.

Doodle-da usta sənətçinin canlandırdığı xarakterlərdən bəziləri yerləşdirilib.

Kemal Sunal 1944-cü il noyabrın 11-də doğulub.

82 filmdə çəkilib.

2000-ci il iyulun 3-də çəkiliş üçün getdiyi Trabzon yolçuluğunda təyyarədə infarkt keçirərək həyata vida edib.

Ünlü aktyorun həyat yoldaşı Gül Sunal onun 70 illiyinə bir kitab hədiyyə edib. Kitab “Haydı, gəl, bir qəhvə içəlim...” adlanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG