Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:24

Xədicə İsmayılın məhkəməsi noyabrın 14-nə təxirə salınıb


Araşdırmaçı jurnalist Xədicə İsmayıl
Araşdırmaçı jurnalist Xədicə İsmayıl

-

Araşdırmaçı jurnalist Xədicə İsmayılın noyabrın 11-nə təyin edilən məhkəməsi noyabrın 14-nə təxirə salınıb.

Xədicə İsmayıl bildirir ki, o, ötən məhkəmə zamanı noyabrın 11-də vəkilinin başqa prosesdə olmasını əsas gətirib məhkəmə tarixinin dəyişdirilməsini istəmişdi:

«Məhkəmənin təxirə salınacağı bəlli idi, çünki vəkilim bu gün başqa prosesdə iştirak edir. İndi də dedik ki, noyabrın 18-nə salsınlar, amma hakim öz istədiyi tarixi seçdi».

Jurnalistlə bağlı proses Binəqədi rayon Məhkəməsində gedir.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb.

Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxsləri ələ alması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG