Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 12:05

İstehlak bazarında monitorinqlər davam edir


Arxiv foto


Səbail, Binəqədi, Sumqayıt, Gəncə, Şirvan, Biləsuvar, Şabran, Xaçmaz, Şəki və Qaxda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib. İstehlakçılar belə hallarla rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

XS
SM
MD
LG