Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:29

İntiqam Əliyevin səhhəti ağırlaşıb


İntiqam Əliyev
İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti ağırlaşıb.

Bu haqda AzadlıqRadiosuna onun qızı Nərmin Kamilsoy məlumat verib.

Noyabrın 7-də atası ilə təcridxanada görüşdüyünü deyən Nərmin Kamilsoy onun həbsxana hospitalına köçürülməsinin zəruri olduğunu bildirir:

«Şiddətli baş ağrılarından şikayət edir. 15 gündür yuxusuz qalır. Qəbul etdiyi dərmanlar müsbət nəticə vermək yerinə, onun psixoloji durumuna kəskin mənfi təsir göstərir. Ayaqüstə durmağa çətinlik çəkir. Kamera şəraitində hərəkətsiz qaldığından ayaqlarında qıcolma yaranıb. Əslində, 4 saatlıq görüşməli idik. Ancaq atam cəmi 2 saat ayaqüstə dura bildi və sağollaşıb getdi».

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Orada müayinə olunan hüquq müdafiəçisində bir neçə xəstəliyin olduğu aşkarlanmışdı.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG