Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 10:24

Ermənistanda yenidən Daxili İşlər Nazirliyi yaradılır


Ermənistanın baş naziri Hovik Abrahamian deyib ki, bir neçə dövlət qurumu birləşib, yeni Daxili İşlər Nazirliyi yaradacaq.

Noyabrın 7-də baş nazir bildirib ki, Ermənistan üçün 19 nazirlik çoxdur.

Daxili İşlər nazirliyi 2002-ci ildə Milli Polis Qüvvəsi adlı quruma çevrilmişdi.

Bu həftənin əvvəlində hökumət parlamentdən xahiş etdi ki, Fövqəladə Hallar Nazirliyi və Yerli Hökumət Nazirliyi birləşdirilsin.

Ermənistanda nazirliklərin yenidən qurulması ölkənin Avrasiya İqtisadi birliyinə qoşulması ilə əlaqələndirtilir.

Müxalifət qrupları isə hökumətdəki bu dəyişiklikləri tənqid edir. Onların fikrincə, bu, pul mənimsəmə vasitəsi olacaq.

XS
SM
MD
LG