Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:17

«Front Line» Gülnarə Axundovaya qarşı təzyiqləri pisləyir


Gülnarə Axundova
Gülnarə Axundova

-

«Front Line» beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Gülnarə Axundovanın anasının prokurorluqda dindirilməsi və evində axtarış aparılmasını pisləyən bəyanat yayıb.

Bəyanatda baş verənlərin Gülnarə Axundovanın AŞPA Hüquqi İşlər və İnsan Haqları Komitəsindəki çıxışında Azərbaycanı tənqid etməsindən sonraya təsadüf etməsi təzyiq kimi dəyərləndirilir:

«Hesab edirik ki, Gülnarə Axundovanın anasının dindirilməsi və daha sonra evində axtarış aparılması onun bu çıxışına cavabdır. Bundan əvvəl, noyabrın 3-də dövlət agentliklərinin birində Gülnarə Axundovanı xain kimi təqdim edilmişdi».

Təşkilat Azərbaycan hakimiyyətindən Gülnarə Axundovaya qarşı təzyiqləri dayandırmağı, onun anasının təhlükəsizliyinin təmin olunmasını tələb edir.

XS
SM
MD
LG