Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30

Avstraliyanın baş naziri deyir ki, Putin onunla təkbətək söhbətdən yayına bilməyəcək


Avstraliyanın baş naziri Tony Abbot deyib ki, Putin MH17 təyyarəsinin qəzası ilə bağlı söhbətdən yayına bilməz.

Baş nazir tezliklə Putinlə təkbətək görüşməkdə qətidir.

Avstraliyanın baş naziri Putindən tələb edəcək ki, Malayziya təyyarəsinin qəzası ilə bağlı Rusiya istintaqla əməkdaşlıq etsin. Abbot deyib ki, Putin bu müzakirədən yayına bilməyəcək. Gələn həftə Brisbanda G20 sammiti başlanır. Abbot Moskvaya müraciət edib ki, Putinlə təkbətək görüşü razılaşdırsın. Putin hələ cavab verməyib. İyulun 17-də həmin təyyarə qəzasında 298 adam öldü.

Noyabrın 6-da Avstraliyaya səfərə gələn Niderland baş naziri Rutte deyib ki, Ukraynada qəza yerində hələ də bəzi sərnişinlərin qalıqları qalır.

XS
SM
MD
LG