-
Bakıda keçiriləcək “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar press-tur təşkil olunacaq AMEA-nın yaydığı xəbər görə, noyabrın 7-də saat 11:00-də “Bakı Elm Festivalı – 2014”-lə bağlı media nümayəndələri üçün texnoparka ekskursiya təşkil olunacaq.
Məqsəd press-tur çərçivəsində ictimaiyyətə festival haqqında məlumat vermək və jurnalistləri festivalın proqramında əksini tapan məsələlərlə tanış etməkdir. Ölkədə ilk dəfə keçiriləcək festival AMEA-nın təşəbbüsü, Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə 10-11 noyabr tarixlərində baş tutacaq.
Ünvan: Bakı şəhəri, Nizami küç., 203 b, AF Business House .
Şərhlər (1)
Daha çox şərh göstər