Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:38

Obama indiki Konqreslə işləyəcəyini deyir


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama


ABŞ Prezidenti Barack Obama İraq və Suriyada İslam Dövləti yaraqlıları ilə mübarizə sahəsində hazırkı Konqreslə işləyəcəyini deyir. Obama noyabrın 5-də, Demokratlar Partiyası aralıq seçkini uduzandan sonra danışıb. O, İranın nüvə proqramına dair Tehranla razılaşmanın əldə olunacağına ehtiyatlı nikbinlik ifadə edib.

Respublikaçıların üstünlük təşkil etdiyi Konqres yanvarda işə başlayandan sonra Ağ Ev üçün bu iki məsələdə manevr etmək çətinləşəcək.

Obama bildirib ki, noyabrın 7-də keçiriləcək görüşlərdə Konqres liderlərini İD yaraqlılarına qarşı əməliyyatlar barədə məlumatlandıracaq. Onun sözlərinə görə, İranla sazişin mümkünlüyü gələn üç həftə ərzində bilinəcək.

İranın mübahisəli nüvə proqramına dair sazişin əldə olunması üçün noyabrın 24-ü son tarix qoyulub.

XS
SM
MD
LG