Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:45

Məmməd İsmayıl: «Hələ yaşamağa dəyər bir az da...»


Məmməd İsmayıl
Məmməd İsmayıl

-

Bakıda şair Məmməd İsmayılın 75 illik yubileyi qeyd ediləcək. Xalq şairi, deputat Sabir Rüstəmxanlının aparacağı yubiley tədbiri noyabrın 11-də axşam Aktyor Evində keçiriləcək.

1939-cu il noyabrın 1-də Tovuz rayonunda doğulan Məmməd İsmayıl 14 yaşından şeir yazır.

Əsərləri dünyanın 50-dən çox dilinə çevrilən şarin 60-dan çox kitabı çıxıb.

Çox sayda ədəbi mükafatlar qazanan Məmməd İsmayıl ən son 2014-cü ildə Rusiya Yazarlar Birliyinin Sergey Yesenin ordeninə layiq görülüb.

1990-cı illərin əvvəllərindən vətəndən uzaqlarda yaşayan şair Türkiyənin Çanakkale 18 Mart Universitetinin professorudur.

Diqqətə yetirilən şeirdə o, vətən həsrətini dilə gətirib:

AY VƏTƏN,

NƏ TEZ UNUTDUN...

Ay Vətən, nə tez unutdun,

Bağrına badaş oğlunu.

Neylədi ki ucuz tutdun

Çıxardın çıxdaş oğlunu.

Yön çevirdi, baxdın yana,

Yaxılanı yaxdın, yana.

Öz əlinlə verdin, anam

Yollara yoldaş oğlunu.

Güzarını hara saldın

Ağ gününə qara saldın.

Vurub ayaqlara saldın

Beş kişidən baş oğlunu.

Baxt əymişdi, sən də əydin.

Söz yayıb xətrinə dəydin.

Barı bir dama hörəydin

Bu yığvalı daş oğlunu.

Hər yetəni bəymi sandın,

Yadı bizdən yeymi sandın,

Məmmədi ögeymi sandın,

Dünənki qardaş oğlunu?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG