Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 15:04

Şeyxülislam zəncirvurmaya qarşıdır


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə

«Fətva əmr formasında deyil, fətva onu xalqa, xalqın qəlbinə çatdırmaq, tövsiyə etmək ki, onlar bunu etməsinlər deməkdir. Bizim məcburi qaydada fətva verməyə haqqımız yoxdur, çünki vicdan azadlığı hər insanın özünün daxilində yetişir».

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə idarənin fətvasına baxmayaraq, Aşura günü zəncir vurulmasına dair sualı cavablandırarkən deyib.

A. Paşazadə bildirib: «Bizim borcumuz mədəni şəkildə xalqa tövsiyə etməkdir ki, bunlar olmaz. Mən elə hesab edirəm ki, bu, birdəfəlik yaranmır. 5-10 il bundan əvvələ baxanda, bu gün zəncirvurma daha zəifdir. Demək, bu tövsiyələrin təsiri var və gələcəkdə də bu, öz təsirini göstərəcək».

XS
SM
MD
LG