Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 02:49

Bolqarıstanda qadın özünü yandırıb


Camaat özünü yandıran qadını xilas etməyə çalışır. Bolqariya

Bolqarıstan paytaxtı Sofiyada bir qadın özünü yandırıb. Şahidlərin sözlərinə görə, qadın prezident idarəsinin qabağında taksidən düşüb, üzərinə maye töküb və kibriti çəkib.

Qadın ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

38 yaşlı Lidia Petrovanın bədəninin 90 faizinin yandığı bildirilir. Onun özünə qəsdinin səbəbləri bəlli deyil.

Ötən il 6 bolqar yoxsulluq və ümidsizlik ucbatından özünü yandıraraq ölüb.

XS
SM
MD
LG