Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 07:38

Rusiya millətçiləri yürüşə çıxır


Arxiv foto


Noyabrın 4-də Rusiyanın millətçi icması illik Rusiya Marşına çıxır. Bu aksiya rəsmi Birlik Günündə keçirilir.

Əsas tədbir Moskvada olacaq, ancaq Rusiyanın digər şəhərlərində də oxşar yürüşlər planlaşdırılır. İlk dəfə olaraq Rusiyanın martda anneksiya etdiyi, Ukraynanın Krım regionunda da yürüş olacaq.

Prezident Vladimir Putin və hökuməti son bir ildə daha vətənpərvər və millətçi siyasət yürüdüb. Ancaq bu il rəsmilər Rusiya Marşına soyuq münasibət sərgiləyiblər. Təşkilatçılar Moskvanın mərkəzinə ümid etsələr də, onlara şəhər kənarı göstərilib.

Təhlilçilərin fikrincə, Kreml millətçilərə ehtiyatla yanaşır, onların çoxunun aşırı radikal və Putin hakimiyyətindən narazı olduğunu düşünür.

XS
SM
MD
LG