Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 14:59

Ukraynada azərbaycanlı iş adamı girov götürülüb


Arxiv foto


Ukraynanın Luqansk şəhərində keçmiş azərbaycanlı deputat, hazırda bizneslə məşğul iş adamı Azad Vəliyevi silahlı şəxstlər girov götürüb. Bu haqda APA-ya Luqansk azərbaycanlıları Konqresi məlumat verib. Məlumatda deyilir ki, Azad Vəliyevin oğlu Elşən Vəliyev bildirib ki, atası iki həftədir itkin düşüb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq.

A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG