Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Berlin divarı haqda mif yoxsa həqiqət? –Mətbuat icmalı


Berlin, 9 noyabr 1989-cu il
Berlin, 9 noyabr 1989-cu il

-

Noyabrın 9-da Berlin divarının dağıdılmağının 25 illiyidir.

Güclü dollar və sankiyalar Putinin başağrısına çevrilir. Rusiya şirkətlərinin xaricə azı 315 milyard dollar borcu var.

İran kasıblığa razıdır, nəinki nüvə tərksilahına.

Nizamın, qaydanın olmadığı dünyanın idarə olunması.

Dünya mediası bu gün nədən yazır?

Noyabrın 9-da Berlin divarının dağıdılmasının 25 illiyidir. Bu divarın dağılması dünyanın dəyişdiyinin simvolu olmuşdu.

“Berlin divarı haqda 5 mif” məqaləsində Washington Post qəzeti yazır ki, Berlin divarının bir dənə divar olması əslində mifdir. Berlin divarı iki divar olub. Onlar arasında ölüm qapısı olan 120 metrlik boşluq var idi. Buranı keşikçi qüllələri, itlər, əsgərlər qoruyurdu. Onlara “vur-öldür!” əmri verilmişdi. Berlin divarı Qərbi Berlinlə 100 km-lik sərhəd yaradırdı. Şərqi və Qərbi Almaniya arasında isə 1000 km-lik sərhəd ucaldılmışdı və bura 1 milyondan çox mina düzüllmüşdü.

Berlin divarını aşıb qaçmağa 5 min adam cəhd edib. Onlar qərblilərin maşınlarında və ya hava balonlarında və hətta tunnel qazmaqla Berlin Divarını keçməyə çalılışıblar. Berlin divarını keçərkən nə qədər adamın öldüyü hələ də dəqiq bilinmir.

Berlin divarı haqda başqa mif odur ki, ABŞ prezidenti Ronald Reaganın 1987-ci ildə “Cənab Qorbachov, bu divarı dağıdın”- deməyi 1989-cu ildə divarın dağıdılmasına gətirdi. Ancaq Qorbachovun islahatları Reaganın Berlindəki çıxışından daha vacib idi, çünki bu islahatlar şərqi almaniyalıların hərəkət etməyinə gətirdi.

Qəzet yazır ki, Berlin divarının dağıdılmağı isə anlaşılmazlıq, səhv nəticəsində olub. Minlərlə şərqi almaniyalı Qərbə getmək üçün icazə istəyirdi və köhnə qaydalara etiraz olaraq minlərlə adam nümayişə çıxmışdı.

Vizaların çevik və heç bir tələb qoyulmadan verilcəyini elan etməli Şərqiu Almaniya komunist partiyasının rəsmisi Schabovski noyabrın 9-da hazırlıqsız mətbuat konfransına getdi. O, yeni qaydalarla bağlı bir çox yığıncaqlarda olmamışdı.

Jurnalistlər ondan soruşanda ki, yeni qaydalar nə vaxt işə düşəcək? Schabovski dedi ki, “dərhal, yubanmadan”. Admalar bunu belə düşdülər ki, onları sərhəddi dərhal keçə bilərlər. Bundan bir neçə saat sonra Berlin divarı yanında minlərlə adam toplaşmışdı. Şərqi Almaniya rəhbərliyi sərhəddi dərhal açmaq fikrində deyildi. Ancaq saat 11:30-da sərhədçilərin rəisi kütlə qarşısında duruş gətirmədi və onlara sərhəddi keçməyə imkan verdi.

Berlin divarı haqda bir mif də var ki, o, 1989-cu il noyabr ayının 9-da dağıdılıb. Ancaq Berlin divarını rəsmən 1990-cı ildə dağıtmağa başladılar.

Nəyə görə dünyada Berlin divarının dağıdılmağını daha çox bayram edirlər, yada salırlar, nəinki Almaniyada? Noyabrın 9-u Almaniyada başqa bir tarixlə bağlıdır. 1938-ci il noyabrın 9-da nasistlər yəhudilərin evlərinə, dükanlarına, sinaqoqlarına hücum etdilər. Onlar evlərin pəncərələrini, dükanların vitrinlərini sındırdıqlarına görə buna Kristal Gecə və yaxud Sındırılan Şüşələr gecəsi adını vermişdilər. Bu kütləvi hücumlar da noyabrın 9-da olduğuna görə almanlar ümumiyyətlə bu günü hər hansı hadisə ilə bağlı qeyd etməkdə könülsüzdürlər.

İRAN KASIBLIĞI TƏRKSİLAHDAN ÜSTÜN TUTUR

Noyabrın 24-də İranla supergüclərin nüvə danışıqlarına qoyulan vaxt bitir. Washington Post qəzeti yazır ki, əgər danışqlar həmin vaxta kimi nəticə verməsə, onda nə olacaq?

Qərb tərəfdən alternativ strategiya çətin ki, ola. Qərb öz mövqeyində qalır, İran tərəfdə isə əsas siyasi oyunçular diplomatik uğursuzluqdan sonrakı həyata hazırlaşırlar. Həmin həyat necə olacaq? Qəzet rəsmilərin dediklərindən belə nəticə çıxarır ki, İran kasıbığı nüvə tərksilahından üstün tutur.

PUTİNİN GÜCÜ DOLLAR DƏRDI

Wall Street Journal qəzeti yazır ki, sanskiyalar və güclü dollar Putin üçün dərdə çevrilib.

Sentyabr ayından rubl demək olar ki, hər gün düşürdü. Hazırda ilin əvvəlinə nisbətdə rubl 22 faiz düşüb. Bu dövrdə yalnız Argentina pesosu rubldan çox düşüb.

Sanskiyalar və bahalı dollar beləcə qalmaqda davam etsə, Rusiya şirkətlərinə gücvü zərbə dəyəcək. Rusiya şirkətləri xaricdən ən çox borc alan şirkətlərdir. Moody reytinq agentliyinin ehtimalına görə, Rusiya şirkətlərinin xaricə 315 milyard dollar borcu var. Bu borcu ödəmək üçün, onlar rubl verib, dollar almalıdırlar.

Qəzet yazır ki, əgər Qərbi Avropa və ABŞ Kremlin gələcəkdə irəliləməsinin qarşısını almaqda ciddidirlərsə, onda onlar vəziyyətdən istifadə edib, iqtisadi təzyiqi artırmaq üçün sanskiyaları gücləndirməlidirlər.

ABŞ üçünsə bu vəziyyət onu göstərir ki, güclü dolların strateji vasitə kimi istifadəsi var.

QAYDALARIN İTDİYİ DÜNYA

Project Cyndicate məcmuəsindəki yazı qaydaların itdiyi dünyanın idarə olunması barədədir və deyilir ki, mövcud qaydaları İslam dövləti Xilafəti pozur, Rusiya açıq-aşkar pozur. Moskva soyuq müharibə dövründən sonrakı Avropa nizamını sınağa çəkir. Moskva təkcə nizamı pozmur, həm də öz qaydalarını gətirir.

Məcmuəı yazır ki, dünya nizamı təkcə müharibələrin qarşısını almaq üçün lazım deyil, dünyaya müharibədən də böyük təhlükə olan xəstəliklərlə mübarizə üçün də lazımdır.

Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, HİV-AİDS epidemiyasından 36 milyon adam ölüb, Bu, ikinci dünya müharibəsində hərbçilər arasında ölən 26 milyondan 10 milyon çoxdur.

Ukrayna münaqişəsində 3 min adam ölüb, ancaq eyni vaxtda Afrikada yayaılan Ebola xəstəliyindən 1 milyon insanın ölə biləcəyi ehtimal olunur.

Ekoloji fəlakətlər var. Quraqlılar, sellər milyonlarla insanı öz yerindən didərgin sala bilər.

Məcmuə yazır ki, “biz qlobal problemlər və milli qərarlar” dövründə yaşayırıq. Halbuki problemlər qlobal olduğu kimi, qərarlar da beynəlxalq olmalıdır. Ona görə, dünyada sülh və bunun ardınca nizam lazımdır ki, yeni beynəlxalq qurumlar yaradılsın və işləyə bilsin. İkinci dünya müharibəsindən sonrakı strukturlar isə köhnəlib.

XS
SM
MD
LG