Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 22:44

"İslam Dövləti yaraqlıları İraqın mədəni irsini məhv edir"


UNESCO-nun Baş direktoru İrina Bokova ektermis qrupların İraqın mədəni irsini dağıtmasını “barbarlıq” adlandırıb. O noyabrın 2-də Bağdada səfərində bildirirb ki, dağıdılan minlərlə məbəd, binalar, arxeoloji ərazilər insanlıq üçün xəzinəni təmsil edir.

Irina Bokova qeyd edib ki, ekstremistlərin bu dəhşətli hərəkətlərini dayandırmaq üçün təcili addımlar atılmalıdır. O, yaraqlıların davranışını “mədəni irsin təmizlənməsi” adlandırıb.

İslam Dövləti yaraqlıları İraqda bir çox tarixi abidəni dağıdıb. Sünni ekstermistlər Şiə türbələrini, Mosul, Tikrit və İraqın başqa yerlərindəki kilsə və məbədləri dağıdıb.

XS
SM
MD
LG