Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:54

Misirdə gey olmaqda şübhəli bilinənlərə həbs cəzası verildi


Misirdə səkkiz kişi hərəsi 3 il azadlıqdan məhrum edilib. Qahirə məhkəməsi onları “əxalqsızlığı aşılamaqda” ittiham edir. Məhkəmə iki kişinin Nil çayında üzən qayıqda bir-biri ilə üzükləri dəyişməsi və qucaqlaşması görüntülərini izləyəndən sonra belə qərar verib.

Misir prokurorluğu bu videonu “allah yanında utanc” və “ictimai mənəviyyata hücum” adlandıraraq həmin iki kişini həbs etmişdi.

Homoseksuallıq Misirdə sosial tabudur.

Məhkəmənin gedişatı məhkumların bina önündə gözləyən qohumlarının qışqırıqları ilə müşiyyət olunub.

Həkim müayinəsinin nəticəsi onların gey olmasını şübhə altına alıb.

Belə məhkəmə qərarları ölkənin homseksual və ateistlərə qarşı atdığı son qəddar addım deyil.

Human Rights Watch təşkilatı Misir məhkləməsinin bu qərarını qınayıb.

XS
SM
MD
LG