Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:07

Bakıda «Ölkələrin paradı» festivalı başlayır


“Ölkələrin paradı” festivalı
“Ölkələrin paradı” festivalı

-

Noyabrın 1-də “Park Bulvar” ticarət-əyləncə kompleksində “Ölkələrin paradı” festivalı başlayacaq.

Bir il ərzində keçiriləcək festivalda dünyanın 20-dən çox ölkəsinin nümayəndələri iştirak edəcəklər.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, festivalda birinci Rusiya Federasiyası start götürəcək.

Həmin gün saat 17.00-də “Rusiyaya pəncərə” adlı geniş mədəni tədbir başlayacaq və noyabrın 7-dək davam edəcək.

Tədbirin proqramında gənc və yeniyetmə rəssamların “Mixail Lermontovun və Mirzə Fətəli Axundzadənin yaradıcılığında Vətən mövzusu” və “Nar ağacı” sərgilərinin təşkil olunması nəzərdə tutulub.

Sərgilərə təqdim olunmuş işlərin çoxu Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yanında Uşaq Yaradıcılığı Mərkəzinin yetirmələrinə məxsusdur.

Bundan başqa, Rusiyanın xalq sənəti əsərləri və suvenir sərgisi də təşkil olunacaq. Noyabrın 1d-ə saat 17.00-da ticarət-əyləncə kompleksinin birinci mərtəbəsində arzu edənlər üçün beş dəqiqəlik kütləvi gimnastika dərsi keçiriləcək.

Bu kütləvi tədbir 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına həsr olunur.

Dərsi bədii gimnastika üzrə Azərbaycanın üçqat çempionu, Azərbaycanın Əməkdar Məşqçisi Nurcahan Əsgərova və onun yetirmələri aparacaqlar.

Gimnastika dərsindən sonra burada gənc estrada mahnıları və müasir rəqs ifaçılarının böyük konserti olacaq. Proqrama populyar rus və Azərbaycan mahnı və rəqsləri daxil edilib.

Gənc modelyerlərin yaratdıqları, Rusiya və Azərbaycan moda məktəbinin ən yaxşı ənənələrini özündə əks etdirən geyim kolleksiyası da nümayiş olunacaq.
“Park Bulvar” kompleksinin birinci mərtəbəsində məlumat xidməti işləyəcək və bu xidmət “Rusiyanın ali məktəblərinə necə daxil olmaq mümkündür?” sualına cavab verəcək.

Festival günlərində “Kalinka” kafesində (“Park Bulvar” TƏK-in üçüncü mərtəbəsi) gələnlərə rus mətbəxinin yeməkləri təklif olunacaq.

Bu böyük mədəni tədbir “Park Bulvar” ticarət-əyləncə kompleksinin köməyilə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, onun incəsənət və rəqs studiyaları, gənclərin “Sozvezdiye” yaradıcılıq klubu tərəfindən hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG