Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:50

Rusiya hərbi təyyarələrinin Avropa üzərində “qeyri-adi” uçuşu qeydə alınıb


Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə Rusiya arasında gərginlik Soyuq Müharibədən bəri ən böyük həddə çatıb


NATO oktyabrın 29-da bildirib ki, Rusiya hərbi təyyarələrindən ibarət 4 qrup ötən 24 saat ərzində Avropa Birliyi sərhədlərinə yaxın beynəlxalq hava məkanında “ciddi hərbi manevrlər həyata keçirib”.

Belçikanın Mons şəhərində NATO-nun SHAPE hərbi qərargahı bildirib:

“Bu iri həcmli uçuşlar Avropanın hava məkanında fəaliyyətin qeyri-adi həddini göstərir”.

Məlumatda deyilir ki, təyyarələrə strateji bombardmançılar, qırıcılar və tanker- təyyarələr daxildir. Təyyarələr Baltik dənizi, Şimal dənizi, Atlantik Okeanı və Qara Dəniz üzərində oktyabrın 28-də və 29-da görünüblər.

Rusiya bombardmançıları Portuqaliya və İspaniyanın qərbinə doğru hava məkanında uçublar.

Rusiya təyyarələrinin izlənib aşkarlanmasına Norveç, Britaniya, Portuqaliya, Almaniya, Danimarka və Türkiyə qırıcıları cəlb olunub. Qeyri-NATO üzvləri olan Finlandiya və İsveç də reaksiya verib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə Rusiya arasında gərginlik Soyuq Müharibədən bəri ən böyük həddə çatıb.

XS
SM
MD
LG