ABŞ-ın Əfqanıstan üzrə monitorinq təşkilatı ölkənin gəlirli tiryək iqtisadiyyatının yenidənqurma işlərinə təhlükə yaratdığına xəbərdarlıq edir. Birləşmiş Ştatların bu problemlə yetərincə məşğul olmadığını qeyd edir.
Oktyabrın 30-da SİGAR təşkilatı yaydığı hesabatda bildirir ki, narkotik maddələrlə mübarizə ABŞ hökumətinin və beynəlxalq ictimaiyyətin “Əfqanıstan gündəmindən kənarda qalıb”.
Oktyabrın 28-də AzadlıqRadiosuna müsahibəsində Əfqanıstanın yenidənqurulması üzrə Xüsusi Baş İnspektor John Sopko deyib:
“Onların vahid strategiyası yoxdur. Məncə əfqanları bu strategiyanın bir hissəsinə çevirmək lazımdır”.
Sopko Vaşinqtonun son 13 ildə narkotiklərlə mübarizəyə 7 milyard dollar “xərclədiyini” bildirib.
Hesabatda qeyd olunur ki, tiryək 411 min iş yeri yaradıb. Bu, Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrindəki iş yerlərindən çoxdur.