Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

Rusiyapərəst yaraqlılar Ukrayna ordusunun mövqelərini atəşə tutub


Rusiyapərəst separatçılar oktyabrın 29-da Ukrayna ordusunun mövqelərini atəşə tutub.

Liman şəhəri Mariupolun yerli hakimiyyəti bildirir ki, ordunun Talakovka kəndi yaxınlığında mövqeləri hədəfə alınıb. Atəş Qrad və adi silahlarla açılıb. Tələfat var.

Sentyabrda atəşkəs sazişi bağlansa da, Donetsk hava limanı, Mariupol və Luhanks ətrafında atəşkəs pozulmaqda davam edir.

BMT-nin məlumatına görə, 6 ay davam edən döyüşlərdə 3700 adam ölüb.

XS
SM
MD
LG