Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:31

Yadigar Sadıqov cəzasının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib


Yadigar Sadıqov
Yadigar Sadıqov

-
Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov cəza rejiminin dəyişdirilməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib.

Bu haqda AzadlıqRadiosuna Yadigar Sadıqovun hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah məlumat verib:

«Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, yüngül və az ağır maddələrlə ittiham olunan məhkumlar aldıqları cəzanın 1/3 hissəsini çəkibsə, məhkumluğu başqa cəza ilə əvəzlənə bilər. Bunun üçün məhkum saxlandığı cəzaçəkmə müəssisəsi yerləşən ərazinin məhkəməsinə müraciət etməlidir. Yadigar Sadıqova sifarişlə 4 il iş verilib. Onun həbsinin 16 ayı, yəni 4 ilin 1/3-i tamam olub. Buna görə də verilən cəzanın daha yüngül cəza ilə əvəzlənməsi üçün məhkəməyə müraciət edib».

Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

XS
SM
MD
LG