Havay-ın Böyük Ada-sında fəaliyyətdə olan vulkandan gələn lava yaşayış ərazilərinə çatır. Bu istiqamətdə artıq əhali köçürülüb. Rəsmilər lavanın hər saata 10 metrdən çox irəlilədiyini, amma getdikcə axının zəiflədiyini deyirlər. Yollar bağlanmaq təhlükəsi qarşısındadır.