Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Qazaxıstanda Puşkinlə Qurmanghazynın öpüşməyi reklamını çəkən şirkət cərimə olundu


Qazaxıstanda 19-cu əsr qazax bəstəkarı Qurmanghazy ilə rus şairi Puşkinin öpüşməyi reklamını çəkən şirkət 180 min dollar cərimə olundu.

Havas şirkəti bu reklamı Almatıdakı gey klubu üçün çəkmişdi. Şirkətin direktoru Khamidzhanova deyib ki, Almatı məhkəməsinin qərarından şoka düşüb.

Almatı məhkəməsinin oktyabrın 28-də verdiyi qərara görə reklamı çəkən şirkət 34 iddiaçıya 180 min dollar ödəməlidir.

Həmin 34 iddiaçı Qurmanghazy adına konservatoriyanın tələbələridir.

XS
SM
MD
LG