Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 06:49

Ermənistanın baş naziri Hovik Abrahamian hökumətin dərhal dəyişdirilməsinə dair müxalifətin çağırışını rədd edib. Deyib ki, bu dəyişiklik baş verməli olsa belə, erkən seçkilər vasitəsilə olmayacaq.

Oktyabrın 24-də on minlərlə qeyri-hakimiyyət və müxalifət partiyası tərəfdarı Yerevanda toplaşıb, seçki qanunvericiliyinə dəyişiklər, erkən parlament və prezident seçkisi tələb edib.

Abrahamian oktyabrın 27-də AzadlıqRadiosuna deyib ki, «bütün gərəkən proseslər» «Konstitusiya çərçivəsində» və «növbəti ümumi seçkilər» vasitəsilə həyata keçirilməlidir.

Ermənistanda növbəti parlament seçkisi 2017-ci ilə planlaşdırılıb. Abrahamian deyib ki, hakim Ermənistan Respublikaçı Partiyası «istənilən siyasi partiyanın qaldırdığı» məsələnin müzakirəsinə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG