Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:20

Biden Ukrayna, Türkiyə və Mərakeşə gedəcək


Joe Biden, ABŞ-ın vitse-prezidenti

ABŞ-ın vitse-prezidenti Joe Biden noyabrda Ukrayna, Mərakeş və Türkiyəyə səfər edəcək. Ağ Ev oktyabrın 27-də bildirib ki, Biden səfərə 17 noyabr həftəsi başlayacaq.

O, Mərakeşdə keçiriləcək Qlobal Sahibkarlıq Sammitində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Biden Türkiyədə prezident Recep Tayyip Erdogan və digər rəsmilərlə görüşəcək. ABŞ-ın Türkiyə ilə münasibətləri son vaxtlar gərginləşib. Vaşinqton Ankaranı qonşu Suriyada İslam Dövləti yaraqlılarına qarşı mübarizədə daha çox iş görməyə çağırır.

Biden Ukrayna prezidenti Petro Poroshenko ilə də görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG