Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 17:10

Neft qiymətlərinin enmə proqnozu dərinləşdi


ABŞ-ın investisiya bankı Goldman Sachs 2015-ci il üçün neftin proqnozlaşdırılan qiymətini yenidən azaldıb.

Bank bildirir ki, 2015-ci ildə də təklif tələbi üstələyəcək və yavaşımış iqtisadi artım neftin qiymətinin daha da aşağı düşməsinə təsir göstərəcək.

Yeni proqnozlarda neftin yeni il üçün qiyməti bir barrelə 85 dollar civarında təxmin edilir.

Bankın əvvəlki proqnozu barrel üçün 100 dollar idi.

Reuters agentliyi xatırladır ki, Goldman Sachs 2008-ci ildə neft qiymətinin barrel üçün 200 dollara çatacağını proqnozlaşdırmışdı. Həmin ilin iyulunda neftin qiyməti həqiqətən də bir barrel üçün 150 dollara çatdı, lakin bunun ardıca 40 dollara düşdü.

Analitiklər bildirirlər ki, qeyri-OPEC ölkələri belə şəraitdə istehsalı artırmağa çalışacaqlar və bu, nəticədə neft qiymətlərinin daha da enməsinə səbəb olacaq.

XS
SM
MD
LG