Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Misir prezidenti orduya yeni səlahiyyətlər verir


Misir prezidenti Abdul Fattah al-Sisi ötən həftə 30-dək əsgərin cihadçılar tərəfindən öldürülməsinin ardınca ölkə silahlı qüvvələrinə xüsusi səlahiyyətlər verib.

Prezident sərəncamına əsasən hərbçilər “dövlət qurğularının və binalarının” mühafizəsini yerinə yetirəcəklər.

Qurğu və binalara istilik stansiyaları, əsas yollar və körpülər daxildir.

Hökumətin tənqidçiləri deyirlər ki, prezident vəziyyətdən istifadə edərək hərbçiləri küçələrə qaytarıb və bu, mülkilərin hərbi məhkəmələr tərəfindən mühakimə olunmasına yol açacaq.

Prezident Sisi ötən cümə Sinay yarımadasındakı basqından sonra ölkədə üç ay müddətinə fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət şəraitində hərbiyyə dövlət obyektlərinə basqınlarda şübhəli bildiyi şəxaləri həbs və mühakimə edə bilər.

XS
SM
MD
LG