Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:54

ABŞ-da məktəbdə atəşdə ölənlərin sayı 3-ə çatdı


Vaşinqtonda orta məktəbdə ölənlərin sayı 3-ə çatdı. Oktyabrın 27-də xəstəxana rəsmiləri bildirib ki, 14 yaşlı Gia Soriano aldığı güllə yaralarından ölüb.

Oktyabrın 24-də Sietlin şimalında yerləşən məktəb yeməkxanasında tələbə Jaylen Fryberg atəş açıb, 3 nəfəri yaralamışdı. Onlardan ikisi ölmüşdü, Fryberg sonra da özünü vurmuşdu.

Frybergin sosial mediada yazdıqlarına görə, onun güllə ilə vurduğu qız onunla görüşməkdən imtina edirmiş, ancaq onun mənsub olduğu icma bildirir ki, onun niyə atəş açmasının səbəbləri heç kimə aydın deyil.

Fryberg Tulalip hindi icmasındandır.

XS
SM
MD
LG