Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:37

Qazaxıstanın sərhəd xidmətinin rəisi Nurlan Zholamanov oktyabrın 27-də vəzifədən sui-istifadə ittihamı ilə həbs olunub. Onu Milli Təhlükəsizlik Komitəsi həbs edib.

Qazaxıstanda son aylar vəzifəli şəxslərin həbsləri davam edir.

Oktyabrın 16-da kənd təsərrüfatı nazirinin keçmiş müavini Muslim Omiraev 10 il həbs cəzası aldı. O, 100 min dollar rüşvət almaqda günahkar bilindi.

İyul ayında Qazaxıstanın anti-inhisar agentliyinin rəisi Murat Ospanov 200 min dollar rüşvət almaqda şübhəli bilinərək həbs olundu.

XS
SM
MD
LG