Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:14

Doğuş zamanı daha bir ölüm


Foto: Arxiv
Foto: Arxiv

-

Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib.

ANS-in məlumatına görə, Astara rayonu, Ərçivan kənd sakini, 1980-ci il təvəllüdlü Xoşqədəm Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb.

Əməliyyat dünən (oktyabrın 24-də-red.) axşam saatlarında aparılsa da, bu gün səhər ana ikinci dəfə əməliyyata götürülüb. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qohumları ölümdə həkimi günahlandırırlar. Bildirilir ki, əməliyyatdan əvvəl ananın səhhətində heç bir problem olmayıb. Əksinə, bir neçə gün qabaq xəstəxana şəraitində yoxlanıb, müalicə almışdır.

Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev zənglərə cavab vermir. Baş həkimin müavini Taleh həkim isə Bakıda olduğunu əsas gətirərək açıqlama verməyib.

XS
SM
MD
LG