Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:49

Qar yağacaq


Foto: Arxiv
Foto: Arxiv

-

Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.

Gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG