Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

ABŞ-da məktəbdə atışma olub, 2 nəfər ölüb


Foto: Arxiv

-

ABŞ-ın Vaşinqton ştatındakı orta məktəbdə atışma nəticəsində iki adam ölüb, azı 4 nəfər yaralanıb.

Tapança ilə silahlanmış 14 yaşlı Jaylen Fryberg məktəb yeməkxanasına daxil olaraq oradakı şagirdlərə atəş açıb. Hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Cinayətkar özü də özünü güllələyərək intihar edib.

Məktəblilərdən birinin MSNBC telekanalına dediyinə görə, atəş açan yeniyetmə tez-tez özündən çıxıbmış. Bu yaxınlarda onunla başqa şagird arasında irqi zəmində mübahisə yarandığı bildirilir.

XS
SM
MD
LG