Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 05:43

Danimarkada PKK-ya pul toplama ittihamı ilə 10 nəfər məhkəməyə cəlb olunub.

Kürd mənşəli bu adamlar 2009-2012-ci illərdə 23 milyon dollar toplayıblar. Onlar pulları humanitar layihələrə, o cümlədən Danimarkada kürd dilində satellit televiziyası olan Roj TV-yə yardım kimi toplayıblar.

Prokuror onlara 4 il həbs cəzası tələb edib.

Həmin adamlara Danimarka polisi Roj TV ilə bağlı istintaq zamanı çıxıb. Roj TV PKK-nın ruporu elan olunaraq keçən il bağlanıb.

PKK Türkiyədə terrorçu təşkilat kimi qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG