Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 13:28

Rəsul Cəfərovun həbs müddəti 3 ay uzadıldı


Hüquq müdafiəçisi Rəsul Cəfərov

Oktyabrın 23-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun istintaq müddətindəki həbsinin uzadılması ilə bağlı proses keçirilib.

RATİ-nin hüquqşünası Günay İsmayılovanın AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmə Rəsul Cəfərovun daha 3 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb.

Avqustun 8-də Rəsul Cəfərovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi ona qarşı ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG