Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

ABŞ Dövlət Departamenti Azərbaycan fəallarının azad edilməsini alqışlayıb


Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında oktyabrın 17-də Azərbaycanda Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsxanadan azad edilməsi alqışlanır.

Bəyanatda deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Hüseynli və onun başçılıq etdiyi QHT tələbə mübadiləsi və təhsil müşavirliyi sahəsində Bakıdakı ABŞ səfirlyi ilə əməkdaşlıq edirdi.

Onunla birlikdə, eyni gündə N!DA vətəndaş hərəkatının üç gənc üzvü – Bəxtiyatr Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar.

Dövlət Departamenti sözçüsünün müavini Marie Harper-in səsləndirdiyi bəyanatda deyilir ki, ABŞ bu addımı alqışlasa da , eyni gündə Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran yeni qanunun qəbulunu ölkənin səhv istiqamətdə hərəkəti hesab edir.

“Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətandaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik” – deyilir bəyanatda.

Bu da xüsusilə vurğulanır ki, uzunmüddətli stabillik yalnız bütün azərbaycanlıların təməl azadlıqlarının təminatı şəraitində mümkün ola bilər.

XS
SM
MD
LG