Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:33

Polis Ottavada 3 atəş hadisəsini araşdırır


Polis Kanadanın Ottava şəhərində 3 atəş insidentini araşdırır. Bunlar parlament binasında, ticarət mərkəzində və müharibə memorialında olan atəş insidentləridir.

Bunu Reuters agentliyi CBC TV-yə istinadla xəbər verir.

Birinci dünya müharibəsi vaxtı ölənlərin xatirəsinə həsr olunmuş abidənin keşiyində duran əsgər isə aldığı yaralardan vəfat edib. Bunu polis hadisə yerində olan jurnalistlərə deyib. Parlament binası yaxınlığında olan şahidlərin dediyinə görə onlar 25-dən 50-yə kimi atəş səsləri eşidiblər.

Oktybarın 22-də Kanadanın Ottava şəhərindəki Milli Müharibə Abidəsi yaxınlığında naməlum şəxs tərəfindən keşikçi əsgərə atəş açılıb.

Şahidlər CBC News agentliyinə bildiriblər ki, atəş açan şəxsin əlində uzun tüfəng olub. Abidənin bilavasitə yaxınlığında yerləşən Kanada parlamentinin binası bağlanıb. Az sonra CBC kanalı parlamentin içərisində atəş səslərini eşidildiyi videogörüntü yayınlayıb. Bəzi məlumatlarda basqın edənlərin bir nəfərdən artıq olduğu söylənir.Parlament binasının içərisində atəş açan naməlum şəxsin odlu silahla öldürüldüyü də bildirilir.

XS
SM
MD
LG