Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:47

Kanada parlamentində atışma (atışma videosu)


Kanada parlamentində atışma
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Kanada parlamentində atışma səhnələri

-

(Xəbərlər yenilənir. Hadisədən ən son yeniliklər xəbərin əvvəlindədir.)

ABŞ prezidenti Barack Obama Ottavadakı basqından dərhal sonra Kanadanın baş naziri Stephen Harper-ə zəng edərək “Amerika xalqının Kanada ilə həmrəyliyini” bir daha bəyan edib.

Prezident “hiddət doğuran hücumu” pisləyib və Kanadaya yaranmış vəziyyətdə hərtərəfli dəstək veriləcəyini vəd edib.

Britaniyanın baş naziri David Cameron Ottavadakı hücumlardan sarsıldığını bildirib. Baş nazir Kanadaya öz ölkəsinin tam dəstəyini bildirib.

Bu arada Kanada və Qərb ölkələrinin mətbuatı hücumların İslam Dövləti ilə bağlı ola bilcəyəi barədə mülahizələrdən yazırlar.

İnternational Business Times saytı yazır ki, hələ bu hücumlardan çox əvvəl Kanadanın hakimiyyət orqanları Islam Dövləti yaraqlılarının üslubunda “tüfəng və bıçaq” basqınlarının ola biləcəyindən xəbərdar idi.

Xəbər verilir ki, Kanadanın təhlükəsizlik orqanları bu hadisə ərəfəsində terrorçuluq fəaliyyətlərində şübhəli bilinən 90 nəfərin işini araşdırıdılar.

***


Kanada polisi bildirib ki, vəziyyət gərgin olaraq qalır və polis qüvvələri tam hazırlıq vəziyyərtinə gətirilib.

Ottavada baş vermiş atışmaların ardınca ABŞ səfirliyi də daxil olmaqla buradakı bütün diplomatik nümayəndəliklər bağlanıb və mühafizəyə alınıb.

Bütün ölkə boyunca hökumət binalarının mühafizəsi gücləndirilib.

Parlament binasının və yaxınlıqdakı binaların damlarında snayperlərin yerləşdirildiyi xəbər verilir.

***

Az əvvəl alınan xəbərlərə görə Milli Müharibə Abidəsi yaxınlığında yaralanmış əsgər xəstəxanada keçinib.

***

PARLAMENTİN BİNASINDA SİLAHI ŞƏXS ÖLDÜRÜLÜB

Kanada parlamentinin binasına basqın etmiş naməlum şəxs polislə atışmada öldürülüb.

Şahidlər atışma zamanı 30-dək güllə atıldığını bildirirlər.

Bundan bir neçə dəqiqə əvvəl parlament binası yaxınlığındakı Milli Müharibə Abidəsinin qarovulunda duran əsgərlərdən birinə üzübağlı şəxs tərəfindən atəş açılmışdı.

Ottava polisi bildirir ki, ümumən basqında 3-dək silahlının iştirak etdiyi təxmin edilir.

Hazırda polis şübhəlilərdən birinin axtarışındadır. Onun qaçdığı avtomobil müəyyənləşdirilib.

BAŞ NAZİR TƏHLÜKƏSİZ YERƏ APARILIB

Hadisə ilə əlaqədar parlamentin binası bağlanıb. Baş nazir Stephen Harper təhlükəsiz yerə evakuasiya edilib.

Döyüş hazırlığı vəziyyətinə gətirilən təhlükəsizlik və polis qüvvələri şəhərin parlamentə yaxın hissəslərini bağlayıb.

Parlamentin yaxınlığındakı ticarət mərkəzində də atəş səsləri eşidilib.

Ottavanın mərkəzində yaşayanlara pəncərə və balkonlardan uzaq durmaq tövsiyə olunub.

Şahidlər bildirirlər ki, silahlılardan biri əlindəki silahla hədələyərək yaxınlıqdan keçən avtomobilin sürücüsünü maşından çıxarıb və həmin avtomobildə uzaqlaşıb.

Yaralı əsgərin xəstəxanaya aparıldığı xəbər verilir.

Bu hadisədən iki gün əvvəl İslam dininə dönmüş bir şəxs avtomobillə iki Kanada əgsərini vurduqdan sonra özü də polis tərəfindən təqib oluinmuş və öldürülmüşdü.

Bu iki hadisənin əlaqəli olub-olmadığı hələlik bilinmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG