Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Vasif Talıbov türkiyəli generalı qəbul edib


-

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Naxçıvanda səfərdədir.

Oktyabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanın ordu quruculuğu sahəsindəki rolu müsbət qiymətləndirilib.

Vasif Talıbov Azərbaycanla Türkiyə arasında hərbi və digər sahələrdə davam etdirilən münasibətlərinin inkişafında Naxçıvanın rolunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzurum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri general-polkovnik Şeref Öngay da Naxçıvanda ordu quruculuğu sahəsində keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Rıza Akıncı da iştirak edib.

XS
SM
MD
LG