Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Azərbaycan folklorunun qiymətli nümunəsi Ankarada nəşr edilib


“Şikari dastanı”
“Şikari dastanı”

-

Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli nümunəsi olan “Şikari dastanı” Ankarada çapdan çıxıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Türk Dil Qurumu tərəfindən nəşr edilmiş kitabı Adana şəhərindəki Çukurova Universitetinin doktorluq tələbəsi, təbrizli tədqiqatçı Nabi Kobotarian çapa hazırlayıb.

Bu, Azərbaycan folkloruna dair N.Kobotarianın Türkiyədə çap edilmiş ikinci kitabıdır.

N. Kobotarian “İran Azerbaycanı aşık destanları” seriyasının birinci kitabı olan “Şikari destanı” adlı kitabın çapdan çıxması münasibətilə açıqlama verib.

Tədqiqatçı deyib ki, Türk Dil Qurumu kimi mötəbər bir elm ocağının İran Azərbaycanının xalq ədəbiyyatı ilə bağlı seriya açmasından və ilk onun kitabını çap etməsindən çox məmnundur:

“Şikari dastanı”nı ötən əsrin 90-cı illərinin ortalarında İran Azərbaycanının məşhur aşığı Yədullahdan toplamağa başlamışdım. Aşıq Yədullah dastanı ustadlarından öyrənib, daha sonra özü dastana əlavələr edərək böyüdüb. 60-cı illərin axırlarında lentə alınmış dastanı əvvəlcə kağıza, sonra bilgisayara köçürdüm, 20-30-cu bölümləri başqa mənbələrdən tapıb dastana əlavə etdim. Dastan Avropa folklorşünasları arasında böyük marağa səbəb oldu. 55 saatlıq kasetlərdən ibarət olan bu möhtəşəm xalq yaradıcılığı örnəyini illər uzunu yaşadan və gələcək nəsillərə ötürmək üçün mənə fürsət yaradan aşıq Yədullaha uzun ömür diləyirəm”.

Tədqiqatçı Türk Dil Qurumunun açdığı seriyanın İran Azərbaycanı folklorunun qiymətli nümunələrinin çapı ilə davam etdiriləcəyini söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG